Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Yaşar Rəşid oğlu Abdullayev

İT mütəxəssisi
abdullayevyashar@bqu.edu.az

Abdullayev Yaşar Rəşid oğlu 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004–2015-ci illərdə Fikrət Tağıyev adına 72 nömrəli liseydə orta təhsil almışdır. 2015–2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya mühəndisliyi fakültəsində bakalavr təhsili almışdır. 2019–2021-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ətraf mühit və neft sənayesi ixtisası üzrə magistr təhsili almışdır. 2021–2022-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Bununla yanaşı, Easy Solutions Technologies Training Center tərəfindən təşkil olunmuş “VoIP Engineer üzrə Express Course” və “Network and System Administrator üzrə Express Course” proqramlarını uğurla başa vurmuş, müvafiq sertifikatlar əldə etmişdir. Əmək fəaliyyətinə müxtəlif sahələrdə çalışmaqla başlamışdır. Müxtəlif dövrlərdə Dövlət Əmlak Komitəsinin Arxiv şöbəsində, Fövqəladə Hallar Nazirliyinin nəzdində fəaliyyət göstərən modul tipli xəstəxanada qeydiyyatçı, Lineup şirkətində İT mütəxəssis, Absheron Operating Company şirkətində əmtəə operatoru, Shiftly şirkətində isə kiçik şəbəkə administratoru vəzifələrində çalışmışdır. Hazırda Bakı Qızlar Universitetində İT mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirir.