8 yanvar 1978-ci il Qəbələ rayonunun Bum kəndində dünyaya göz açmışdır. 1985- 1995-ci illərdə Bum kənd orta məktəbi bitirib.1999-cu ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin bakalavr, 2001-ci ildə magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-2004-cü illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasında təhsil almışdır.
İlk əmək fəaliyyətinə2001-2006-ci illərdə AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunda Müasir Azərbaycan dili şöbəsində kiçik elmi işçi kimi başlamışdır. 2016-ci ildən isə aparıcı elmi işçidir. Müxtəlif illərdə Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində müəllim kimi çalışmışdır. 2 monoqrafiyanın, 60-dan çox elmi məqalənin, 10-dan çox fənn proqramının müəllifidir.
Hal-hazırda Bakı Qızlar Universitetinin dosentidir.