Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Hüseynova Sədaqət Çoban qızı

Baş müəllim
huseynovasedaqet@bqu.edu.az

16 iyul 1966–cı il tarixində Gürcüstan respublikası, Bolnisi rayonu, Faxralı kəndində anadan olub. 1973–1983-cü illərdə Faxralı kənd orta məktəbində təhsil alıb. 1983-1988-ci illərdə Ç.İldırım adına Azərbaycan politexnik institunu bitirmişdir.

1999-2000-cü illərdə Azərbaycan Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması baş institutunda təhsil alıb, Riyaziyyat və İnformatika müəllimi ixtisaslarına yiyələnib. Azərbaycan Elmlər Akademiyası, Fotoelektronika institutu, mühəndis, 1988-1991-ci illərdə   Azərbaycan Elmlər Akademiyası, Fotoelektronika institutu, mühəndis, 1991-1998-ci illərdə Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində mühəndis-proqramçı kimi çalışıb.

 1998-ci ildən  Bakı Qızlar Universitetində  Riyaziyyat, informatika və təbiət fənləri kafedrasında  baş müəllim kimi fəaliiyət göstərir.