Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Həmzəyev Çingiz Muxtar oğlu

Dosent
hemzeyevcingiz@bqu.edu.az

1953-cü il may ayının 17-də Bakıda ziyalı ailəsində anadan olub. Bakı şəhəri 31 №-li orta məktəbini bitirib. 1970- 1975-ci illərdə  Bakı şəhəri 31 №-li orta məktəbini bitirərək Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki Dövlət Neft və Sənaye Universiteti) bitirib. 1975- 1981-ci illərdəAzərbaycan Neftayırma və Neftkimya Sənayesi nazirliyinin Kust Hesablama Mərkəzində mühəndis-proqramçı, qrup müdiri vəzifələrində işləyib. 

1981-ci ildən 1996-cı ilə kimi Azərbaycan Elmlər Akademiyasının Kibernetika Mnstitutunun «Kibernetika» Xüsusi Konstruktor bürosunda sektor müdiri, şöbə müdiri, layihənin baş konstruktoru vəzifələrində işləyib. 2012-ci ilin noyabr ayından hal-hazıra kimi ADPU-nun «Kompüter elmləri» kafedrasında baş müəllim vəzifəsində işləyir. 50-dən artıq elmi məqalənin və üç dərs vəsaitinin müəllifidir.

1996-cı ilin fevral ayından hal-hazıra qədər Bakı Qızlar Universitetinin «Riyaziyyat, informatika və təbiət fənləri» kafedrasında dosent vəzifəsində işləyir.