1975-ci il noyabrın 7-də Kürdəmir rayonunda anadan olmuşdur. 1992-ci ildə Bakı şəhəri 36 saylı orta məktəbi, 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin filologiya fakültəsinin bakalavr, 1999- 2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani doktoranturasına Türk dilləri ixtisası üzrə qəbul olunmuşdur.
Qətibə Mahmudova Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində aparıcı elmi işçidir.
Mütəmadi olaraq beynəlxalq konfranslarda çıxış etmişdir. 3 monoqrafiya, 96-dan çox elmi məqalə və tezisin müəllifidir
Hal-hazırda Bakı Qızlar Universitetnin “Azərbaycan dili və ədəbiyyat” kafedrasında dosent kimi fəaliyyət göstərir.