1963-cü ildə Kəbəcər rayonunun Bəzirxana kəndində anadan olub. 1980-ci ildə Zar kənd orta məktəbini bitirib. 1985-1990-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra təyinatla “İşıq” nəşriyyatına göndərilib. Sonralar “Həqiqət”, “Azərbaycan aqrar elmi”, “Bərəkət”, “Həyat”, “Respublika”, “Hər gün”, “Azərbaycan XI əsr”, “Himayədar” kimi müxtəlif mətbuat orqanlarında müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. 2009-cu ildə “XX əsr Kəlbəcər ədəbi mühiti” mövzusunda dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. “Dördlük formasının genezisi və müasir Azərbaycan şeirində poetik təkamülü” mövzusunda doktorluq dissertasiyasını tamamlamaq üzrədir. Dörd kitab müəllifidir.
Hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Bakı Qızlar Universitetinin dosenti, “Bütöv Azərbaycan qəzetinin redaktorudur. “