Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Zalov Əlibala Zal oğlu

Baş müəllim
zalovelibala@bqu.edu.az

10 avqust 1957-ci ildə Cəbrayıl rayonunun Xələfli kəndində anadan olmuşdur. 1975-ci ildə Cəbrayıl şəhər Maksim Qorki adına (Hal- hazırda akademik Mehdi Mehdizadə adına) orta məktəbi bitirmişdir. 1975-1979-cu illərdə V.İ.Lenin adına APİ-nin (Hal-hazırda ADPU) ÜTF fakültəsində təhsil almışdır. 1984-cü ilə qədər Cəbrayıl rayonu Xələfli kənd səkkizillik məktəbdə ÜTF müəllimi  müəllim kimi fəaliyyət göstərmişdir.

          1999-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində baş müəllim kimi çalışmışdır. 2009-cu ildən isə ADPU-nun əvvəl Pedaqogika sonra isə İbtidai təhsilin pedaqogikası kafedrasında baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirir. Dövri mətbuatda 500-dən çox elmi, pedaqoji, bədii, publisistik məqaləsi çap olunub.

İki  şeirlər kitabının, bir bədii-publisistik, bir elmi-publisitik kitabın müəllifidir.

2013-cü ildən  Bakı Qızlar Universitetinin “ Pedaqogika” kafedrasında  baş müəllim kimi fəaliyyət göstərir.