Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Kazımov İsmayıl Babaş oğlu

Professor
ismayilkazimov@bqu.edu.az

1955-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 

1976- 1979 cu illərdə İmişli rayonu Buludlu kənd məktəbində, 1979-1989-cu illərdə Cəbrayıl rayonunun bir neçə orta məktəblərdinə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərmişdir.  

1983–1987-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunun dissertantı olmuşdur. 

1989-cu ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2013–2023-cü illərdə Dilçiilik İnstitutunun  “Müasir Azərbaycan dili” şöbəsinin müdiri olmuşdur. 2023- cü ildən Türk dilləri şöbəsinin müdiri vəzifəsində çalışır.

2008-2011- ci illərdə Bakı Qızlar Universitetində “Azərbaycan dili” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 

İ.Kazımov 150- dən çox elmi-publisistik məqalənin və aşağıdakı kitab və monoqrafiya və proqramların müəllifidir

Hal-hazırda Bakı Qızlar Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasında professor kimi fəaliyyət göstərir.