1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-2000-ci illərdə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 26 saylı tam orta məktəbdə təhsil almışdır.
2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına qəbul olmuş, 2004-cü ildə bakalavr, 2006- cı ildə isə magistr diplomu almışdır.
2007-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) “Doktorantura” şöbəsinin əyani doktorantı olmuşdur. 2008-ci ildən 2016-cı ilə kimi orada “İbtidai və məktəbəqədər təhsilin metodikası” kafedrasında müəllim vəzifəsində işləmişdir.
2018-ci ildən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim vəzifəsində çalışır.
25-dən çox məqaləsi və 30 –a yaxın sertifikatları vardır.
Hal -hazırda 2022-ci ildən Bakı Qızlar Universitetinin “Pedaqogika “ kafedrasının dosenti vəzifəsində çalışır.