Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Qəmbərova Qüdsiyyə Gülhüseyn qızı

Dosent
qudsiyyeqemberova@bqu.edu.az

20 iyun 1964-cü ildə Neftçala şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1971-1981-ci ildə Neftçala rayonu Mirqurbanlı kənd orta məktəbində təhsil almışdır. 1986- 1991-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini  bitirmişdir.  1991-1994-cü illərdə  AMEA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil almışdır.  1991-ci ildə  Neftçala rayonu 26 Bakı komissarı adına qəsəbə orta məktəbində  və 1999-2000-ci illərdə Neftçala şəhər Humanitar təmayüllü “Muğan” pedaqoji fəaliyyətə başlamışdır.

1999-2000-ci tədris ilindən Neftçala şəhər Humanitar təmayüllü “Muğan” liseyinə dəvət olunmuşdur. 2006-cı ilə qədər həmin məktəbin tədris işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışmışdır. 2006-cı ildən müxtəlif ali məktəblərdə pedaqoji fəaliyyətini davam etdirir. 

2 monoqrafiya, 3 kitabın müəllifidir. 

Hal-hazırda Bakı Qızlar Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasında dosent kimi fəaliyyət göstərir.