Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Məmmədova Aişən Veyis qızı

Baş müəllim
memmedovaaishen@bqu.edu.az

1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2013-cü ildə Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbi bitirmiş və həmin ildə  Bakı Dövlət Universitetinin “Mexanika-Riyaziyyat” fakültəsinə daxil olmuşdur. 2017-ci ildə universitet bitirmiş, və 2017-2019-cu illərdə “Diferensial tənliklər” ixtisası üzrə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda magistratura təhsili almışdır. 2020-ci ildə isə həmin institutun doktoranturasına qəbul olmuşdur. Hal-hazırda qiyabi olaraq təhsilini davam etdirir.

2017-2023-cü illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda laborant vəzifəsində çalışıb. Hal-hazırda burada kiçik elmi işçi kimi və Bakı Qızlar Universitetinin “Riyaziyyat, informatika və təbiət fənləri” kafedrasında  baş müəllim kimi fəaliyyət göstərir.