Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Quliyev Arzu Məsim oğlu

Dosent
quliyevarzu@bqu.edu.az

1968-ci il iyunun 4-də Basarkeçər rayonunda anadan olmuşdur. 1975-1985-ci illərdə Basarkeçər rayonu Böyük Məzrə kənd orta məktəbində təhsil almışdır.
1985-1993-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir.

1993-1996-cı illərdə ADPU-nun “Hesablama riyaziyyatı və informatika” kafedrasının nəzdində  hesablama mərkəzində mühəndis,  1996-2000-ci illərdə “Hesablama riyaziyyatı və informatika”  kafedrasının nəzdində  hesablama mərkəzində proqramist, 2000-2007-ci illərdə “Hesablama riyaziyyatı və informatika” kafedrasının müəllimi, 2007-ci ildən “Hesablama riyaziyyatı və informatika” kafedrasının baş müəllimi kimi çalışır.

100-dən artıq elmi məqalənin və bir metodik vəsaitinin, 6 dərs vəsaitinin müəllifidir.

2014-cü ildən  Bakı Qızlar Universitetinin “Hesablama riyaziyyatı və informatika” kafedrasında  dosent vəzifəsində işləyir.