30 iyun 1981-ci ildə Cəbrayıl rayonunun Göyərçin Veysəlli kəndində anadan olmuşdur. 1999-cu ildə 5 saylı Kimya-Biologiya liseyini bitirmiş, həmin ildə Bakı Qızlar Universitetinin Psixologiya fakültəsinə daxil olmuş və 1999–2003-cü illərdə burada ali təhsil almışdır. 2017–2018-ci illərdə MAUP universitetində kliniki (tibbi) psixologiya ixtisası üzrə magistratura təhsili almışdır.
Əmək fəaliyyətinə 2003-cü ildə başlamış, 2003–2022-ci illərdə Cəbrayıl rayon 22 saylı məktəbdə psixoloq vəzifəsində çalışmışdır. 2023-cü ildən Psixiatriya xəstəxanasında fəaliyyət göstərir.
Peşə fəaliyyəti dövründə müxtəlif psixoloji təlim və kurslarda iştirak etmiş, beynəlxalq sertifikatlı EMDR təlimini İstanbul Gedik Universitetində keçmişdir. Müxtəlif mövzularda psixoloji təlimlər aparmış, konfrans və beynəlxalq tədbirlərdə iştirak etmişdir. Eyni zamanda müxtəlif mərkəz və təşkilatlarda psixoloq və təlimçi kimi fəaliyyət göstərmişdir.
2026-cı ildən etibarən Bakı Qızlar Universitetinin Psixologiya kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.