1961-ci il dekabrın 17-də Zəngilan rayonunda anadan olmuşdur. 1980-1984-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnsititutunun Riyaziyyat fakultəsindı təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1984-1991-ci illərdə Zəngilan rayonunun Bartaz kənd orta məktəbində müəllim işləmişdir. 1991-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyazi Analiz “kafedrasında baş laborant işləmiş və həmin kafedranın dissertantı olmuşdur. 1997-2017-ci illərdə Riyazi Analiz kafedrasında əvvəlcə müəllim sonra isə baş müəllim vəzifəsində çalışmışdır. Müxtəlif illərdə Bakı şəhər 182, 23 saylı məktəblərdə müəllim işləmişdir.
40-a yaxın elmi -metodik məqalə və üç kitabın, həmçinin iki tərcümə kitabının və bir dərs vəsaitinin müəllifidir. Bir dərs vəsaiti isə çapa hazırlanır.
Hal-hazırda Bakı Qızlar Universitetinin “Riyaziyyat, informatika və təbiət fənləri kafedrasında dosent kimi fəaliyyət göstərir.