Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Cəfərova Aygün Yaşar qızı

Baş müəllim
aygunceferova@bqu.edu.az

 1983-cü ildə Cəlilabad rayon Həsənli kəndində
anadan olub.  1990-2000-ci illərdə 38
saylı orta məktəbi, 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetini Filologiya fakültəsinin  “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bakalavr, 2004- 2006-cı illərdə isə “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
 Əmək fəaliyyətinə “Develop” TM, “İnam” Psixoloji inkişaf və təhsil mərkəzində müəllim, “Zəki” təhsil mərkəzində təsisçi-direktor və müəllim, “Qələm” nəşrlər evində və Axar.az saytında redaktor olaraq fəaliyyət göstərmişdir. 2023-cü ilin sentyabr ayından isə Bakı Qızlar Universitetinin “Elmi əsəslər”  jurnalında məsul katibdir.


  2006-cı ildə "Rafiq Yusifoğlunun sənətkarlıq xüsusiyyətləri" adlı ilk, 2019- cu ildə "Nəsimi yaradıcılığında folklor izləri", 2022-ci ildə “Şuşa uşaq ensiklopediyasi” adlı kitabları nəşr olunub. Mütəmadi olaraq mətbuatda   elmi, publisistik, bədii yazıları, tərcümə etdiyi bədii nümunələr dərc olunub. 2021-ci ildə tərcümə etmiş olduğu başqırd yazıçısı Ayqiz Baymuxametovun “Getmə, ana!” povesti kitab  olaraq nəşr olunub. 2018-ci  ildən AYB-nin üzvüdür. 

2022-ci ildən Bakı Qızlar Universitetində “Azərbaycan dili və ədəbiyyat” kafedrasının baş müəllimi, 2023-cü ilin yanvar ayından etibarən həmin universitetin tərbiyə işləri üzrə prorektorudur.