Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Şirinov Rasim Həmid oğlu

Dosent
shirinovrasim@bqu.edu.az

   25 fevral 1951- ci ildə Goranboy rayonunun Sarov kəndində anadan olmuşdur.

1968- ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbə orta məktəbini bitirmişdir. 1968-1973  cu illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin məzunu, 1984-1989- cu illərdə isə  Bakı Dövlət Universitetinin dissertantı olmuşdur.

    Əmək fəaliyyətinə 1973-1977 –ci illərdə Bakı Dövlət Universitetinin Hesablama Mərkəzində riyaziyyatçı-proqramlaşdırıçı və kiçik elmi işçi kimi başlamışdır. 1977-1980 –ci illərdə Azərbaşenerji idarəsi,  AİS şöbəsində böyük mühəndis- proqramlaşdırıcı, 1980-1988- ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Hesablama Mərkəzində riyaziyyatçı-proqramlaşdırıcı, 1988-2011 –ci  illərdə Azərbaycan Dövlət Aqrar Universitetində dosent kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən Azərbaycan Universitetiinin Riyaziyyat və İntofmatika kafedrasında dosent olaraq çalışır.

  2020-ci ildən etibarən Bakı Qızlar Universitetinin  “Riyaziyyat, informatika və təbiət fənləri” kafedrasında dosent olaraq fəaliyyət göstərir.