1959-cu ildə Xaçmaz rayonunda anadan olmuşdur.
1966-1976-cı illərdə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhər 1 saylı orta məktəbində və eyni zamanda, 1966-1973-cü illərdə Ordubad rayon Musiqi məktəbində təhsil almışdır.
1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuş, 1981-ci ildə bitirmişdir.
1981-1982-ci illərdə təyinatla İsmayıllı rayon Qalacıq kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. 1983-1991-ci illərdə Bakıda Xalq Maarifi Muzeyində elmi işçi, 1991-1997-ci illərdə Bakı Tətbiqi Elmlər Kollecində baş müəllim vəzifələrində çalışmışdır.
2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutnda aparıcı elmi işçi, 2022-cildən baş elmi işçi vəzifəsində işləyir.
Beş monoqrafiya, üç dərs vəsaiti, bir fənn proqramı, 3 tərtibat, türkcədən və türkmən dilindən iki çevirmə kitabının, Azərbaycan, Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna, İsveç, İran, Hindistan, Çin, Türkmənistan, Qazaxıstan, Koreya və b. ölkələrdə nəşr edilən 180 elmi məqalənin müəllifidir.
1998-ci ildən Bakı Qızlar Universitetində “Azərbaycan dili və ədəbiyyat” kafedrasında baş müəllim, 2005-ci ildən dosent, 2014-cü ildən professor əvəzi, 2019-cu ildən professor vəzifəsində işləyir.