Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Novruzova Nuridə Səməd qızı

Dosent
nuridenovruzova@bqu.edu.az

 02 aprel 1957-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1964- 1974-cü illərdə  Şahsevən kənd orta məktəbini bitirmişdir. Həmin il V.İ. Lenin adına Pedoqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş, 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Beyləqan rayonu Daşburun 8-illik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 

       1986-cı ildə Bakı kooperativ texnikumunda laborant, 1990-cı ildən metodist vəzifələrində işləmişdir. 1990-cı ildə N.Tusi adına Pedoqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında aspiranturaya daxil olmuşdur.  1991-ci ildə Ali Humanitar Kollecdə elmi işçi,  1992-ci ildən isə Azərbaycan Universitetində  tədris hissəsinin müdiri, 2001-2003-cü illərdə Sumqayıt Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasında kafedra müdiri vəzifəsində işləmişdir.

      2003-2009-cü illərdə Bakı Slavyan Universitetində Türkologiya kafedrasında kafedra müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildə dosent eimi adını almış, 2009-cu ildən həmin universitetdə Ali və orta təhsilin koordinasiyası kafedrasında kafedra müdiri, 2015-ci ildən Türkologiya kafedrasında dosenti vəzifəsində işləmişdir. 

     2016-2018 -ci illərdə Bakı Slavyan Universitetində Azərbaybaycan filologiyası və jurnalistika fakültəsinin dekanı vəzifəsində işləmişdir. 2018-cu ilin dekabr ayından bu günə kimi BSU Türkoogiya kafedrasında dosent vəzifəsində işləyir. 2010-cu ildə Türkiyə Cümhuriyyəti YÖK  TÖMƏR dil kursunu bitirmişdir . 5 kitab60-a qədər müxtəlif adda elmi məqalə, o cümlədən 18 məqalə xarici elmi dərgilərdə- 4 xarici dildə, 2 monoqrafiya, üç dərs vəsaiti,15 fənn proqramının müəllifidir.     

        2007-2013-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya Kommissiyalarında ekspert kimi çalışmış, 2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qabaqcıl Təhsil işçisi medalına layiq görülmüşdür. 2018-ci ildə Qazaxıstan Respublikasının  "Birlik" qızıl medalı ilə, 2020-ci ildə isə Qazaxıstanın "Meüipim" qızıl medalı ilə təltif olunmuşdur.

 Türkiyə Cümhuriyyəti 18 Mart Çanakkale Universiteti, Reytinq Akademisinin " Homeros " ( hazırda "Dil ve Farkındalık")beynəlxalq(indeksli) elektron  Emi jurnalının baş redaktorudur.

  2010-cu ildən Bakı Qızlar Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasında dosent olaraq fəaliyyət göstərir.