1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2012-cü ildə Bakı şəhər 275 nömrəli tam orta məktəbi bitirmiş və həmin ildə Bakı Dövlət Universitetinin “Mexanika-Riyaziyyat” fakültəsinə daxil olmuşdur. 2016- ci ildə universitet bitirmiş, və 2016-2018-cu illərdə “Riyazi analiz” ixtisası üzrə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda magistratura təhsili almışdır. 2019-cu ildə isə həmin institutun disertanturasına qəbul olmuşdur. Hal-hazırda qiyabi olaraq təhsilini davam etdirir.
2016-2023-cü illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda böyük laborant vəzifəsində çalışıb. Kiçik elmi işçidir.
Hal-hazırda Bakı Qızlar Universitetinin “Riyaziyyat, informatika və təbiət fənləri” kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.