Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Cəfərova Aygün Yaşar qızı

TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ PROREKTOR
aygunceferova@bqu.edu.az
(012) 494 69 86

CƏFƏROVA AYGÜN YAŞAR QIZI
TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ PROREKTOR
1983-cü ildə Cəlilabad rayon Həsənli kəndində
anadan olub. 1985-ci ildən Sumqayıt şəhərində yaşayır. 1990-2000-ci illərdə 38
saylı orta məktəbi, 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetini Filologiya
fakültəsi, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bakalavr, 2004-
2006-cı illərdə isə “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə magistr dərəcəsi ilə
bitirmişdir. “Develop” TM, “İnam” Psixoloji inkişaf və təhsil mərkəzində müəllim,
“Zəki” təhsil mərkəzində təsisçi-direktor və müəllim, “Qələm” nəşrlər evində və
Axar.az saytında redaktor olaraq fəaliyyət göstərib. 2022-ci ildən Bakı Qızlar
Universitetində “Azərbaycan dili və ədəbiyyat” kafedrasının baş müəllimi, 2023-cü
ilin yanvar ayından etibarən həmin universitetin Tərbiyə işləri üzrə prorektorudur.
2023-cü ilin sentyabr ayından isə Bakı Qızlar Universitetinin “Elmi əsəslər”
jurnalında məsul katibdir.
2006-cı ildə "Rafiq Yusifoğlunun sənətkarlıq xüsusiyyətləri" adlı ilk, 2019-
cu ildə "Nəsimi yaradıcılığında folklor izləri", 2022-ci ildə “Şuşa uşaq
ensiklopediyasi” adlı kitabları nəşr olunub. Mütəmadi olaraq mətbuatda
(“Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Türküstan”, “Azad Azərbaycan”,
“Sumqayıt”, “Sözün sehri”, “Bütöv Azərbaycan” kimi qəzetlərdə, “Ulduz”, “Ədəbi
ovqat”, “Xəzan”, “Azad qələm” kimi ədəbi-bədii dərgilərdə elmi, publisistik, bədii
yazıları, tərcümə etdiyi bədii nümunələr dərc olunub. 2021-ci ildə tərcümə etmiş
olduğu başqırd yazıçısı Ayqiz Baymuxametovun “Getmə, ana!” povesti kitab
olaraq nəşr olunub. 2017- ci ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun (Türk
Törə Ocağı) təsis etdiyi "San Yarlığı" ilə təltif olunub. Dəfələrlə Dünya Gənc Türk
Yazarlar Birliyi tərəfindən və 2018-ci ildə Türk Ədəbiyyatı Vakfı tərəfindən
"Təşəkkürnamə"yə layiq görülüb. 2019-cu ildə İmadəddin Nəsiminin 850 illiyinə
həsr olunmuş "Əbədiyyət günəşi" adlı məqalə müsabiqəsinin qalibi olub. 2018-ci
ildən AYB-nin üzvüdür.