Soyqırım Günü qeyd edilmişdir

Martın 31-də Bakı Qızlar Universitetində Dünya azərbaycanlılarının Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilmişdir.

Universitetin rektoru, professor S.A.Rəhimova  tarixən azərbaycanlılara  qarşı soyqırım cəhdlərindən danışmış, xalqımızın başına gətirilən müsibətlərdən geniş bəhs etmişdir. Bütün bu dəhşətlərin yeniyetmə və gənclərimizə çatdırılmasında bügünkü tələbələrin, xüsusən də sabahın anaları olacaq Bakı Qızlar Universiteti tələbələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulamışdır.

“Tarix” kafedrasının müdiri, dosent V.U.Umudlu, dosent E.T.Qarayev, tələbələrdən N.Mustafazadə, G.Məmmədova, R.Əliyeva, N.Abbaszadə, F.Quliyeva və başqaları Azərbaycan xalqına qarşı törədilən soyqırım hadisələri ilə bağlı konkret nümunələri özündə əks etdirən maraqlı çıxışlar etmişlər.

Daha sonta tələbələrin ifasında mövzu ilə bağlı şeirlər söylənilmiş, musiqi nömrələri ifa edilmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.