Anım tədbiri kecirilmişdir

Martın 31-də Bakı Qızlar Universitetinin II tədris korpusunda da Dünya azərbaycanlılarının Soyqırımı Günü qeyd olunmuşdur.

Universitetin “Sosial-pedaqoji” fakültəsinin dekanı, dosent İ.F.Quliyeva xalqımıza qrşı soyqırım hadisələrindən danışmış, soydaşlarımızın öz yurd-yuvalarından didərgin salınmasında ermənilərin məkrli siyasətinin acı nəticələrindən ətraflı bəhs etmişdir.

“Tarix” kafedrasının dosenti Ə.Ələkbərov mövzu ilə bağlı geniş və maraqlı məruzə ilə çıxış etmiş, azərbaycanlılara qarşı törədilən soyqırım hadisələrindən konkret nümunələr gətirmiş, amma bir çox hallarda beynəlxalq dairələrin hələ də buna biganə yanaşdıqlarını xüsusi vurğulamışdır.

Sonra tələbələrin ifasında mövzu ilə bağlı geniş və maraqlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, şəhidlərimizə həsr edilmiş şeirlər söylənilmişdir.