Ulu öndərin xatirəsi anılmışdır

Bakı Qızlar Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

Tədbrin əvvəlində ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Sonra universitetin rektoru, professor Sevinc Rəhimova xalqımızın ümummilli lideru Heydər Əlirza oğlu Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə əvəzolunmaz xidmətlərindən danışmış, ölkəmizin təkcə keçmiş SSRİ məkanında deyil, bütün dünyada tanınmasında yorulmaz və gərgin əməyindən bəhs etmişdir. Dünya şöhrətli liderin, görkəmli dövlət və siyasi xadimin ömür yolunun bütün gənclərimiz üçün örnək ola biləcəyini xüsusi vurğulamışdır.

“Tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent V.U.Umudlu, tələbələrdən F2-19 qrup tələbəsi N.Mustafazadə, T1-19 qrup tələbəsi L.Əhmədova, XD4-20 qrup tələbəsi Ş.Hüseynova, T1-20 qrup tələbəsi N.Abbaszadə və MQ2-20 qrup tələbəsi G.Məmmədova ulu öndərin çoxşaxəli fəaliyyətinin müxtəlif sahələri ilə bağlı çıxış etmişlır.

Sonda tələbələr ümummilli liderə həsr olunmuş mahnı və şeirlər səsləndirmiş, “Sən elə bir zirvəsən” adlı videoçarx nümayiş olunmuşdur.