TTK Fondunun əməkdaşları ilə görüş

Bakı Qızlar Universitetinin tələbələri ilə Tələbə Təhsil Krediti Fondunun əməkdaşlarının görüşü keçirilmişdir. Tədbirdə BQU-nin tədris işləri üzrə prorektoru – prof. Hava Qara qızı Abdullayeva və məsul şəxs baş mühasib Afaq Cəlil qızı Şirinova,  TTK Fondunun əməkdaşları maliyyə şöbəsinin müdiri – Tehranağa Abdullayev, baş mühasib – Orxan Abbasov, sədrin köməkçisi – Ağca Məmmədova iştirak etmişlər.

Görüşün əvvəlində fondun fəaliyyət istiqamətləri ilə bağlı təqdimatlar nümayış etdirmiş, sonra tələbələri və eləcə də universitet əməkdaşlarını maraqlandıran sualları cavablandırmışlar.